Şriftin ölçüsü :

Saytın rəngi :

Xidmətlər

Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçota götürülməsi

Xidmətin məzmunu :

·         Uşaqları övladlığa götürməyi arzu edən Azərbaycan Respublikası vətəndaşlarının uçotunun aparılması

 

Xidmətin aid olduğu təsnifat :

·         Ailə, qadın və uşaq

 

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

·         İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası

 

Xidmətin hüquqi əsası :

·         - Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 119-cu maddəsi;

- Azərbaycan Republikası Nazirlər Kabinetinin 2000-ci il 20 sentyabr tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydaları, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydası və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydası";

-Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.6.4-cü yarımbəndi.

 

Xidmətin həyata keçirilmə formaları :

·         Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

 

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

o    Poçt xidməti vasitəsilə məlumatlandırma

o    Telefon vasitəsilə məlumatlandırma

 

Xidmətin həyata keçirilməsinin nəticəsi :

·         Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçota götürülməsi

 

Xidmət istifadəçisi barədə məlumat :

·         Fiziki şəxslər

 

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

30 gün

Ödənişsiz :

Xidmət ödənişsiz həyata keçirilir

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Xidmətin göstərilmə yeri :

·         Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası

 

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

·         Tələb edilən sənədləri təqdim etmədikdə

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

Yaşayış sahəsi barədə məlumat (yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd və s.) 
- Kağız daşıyıcıda 

Iş yeri (vəzifəsi) və əmək haqqı barədə məlumat 
- Kağız daşıyıcıda 

Övladlığa götürmək istədiyi uşağın xüsusi əlamətləri (yaşı, cinsi, gözlərinin rəngi və s.) 
- Kağız daşıyıcıda 

Övladlığa götürməyə imkan verməyən xəstəliyinin olmaması barədə tibbi arayış 
- Kağız daşıyıcıda 

Şəxsiyyəti təsdiq edən sənədin surəti 
- Kağız daşıyıcıda 

- İH tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkündür

Başqa gəlirləri haqqında məlumat 
- Kağız daşıyıcıda 

Qısa tərcümeyi-hal 
- Kağız daşıyıcıda 

Nikah haqqında şəhadətnamənin surəti 
- Kağız daşıyıcıda 

Ümumi səhhəti barədə tibbi arayış 
- Kağız daşıyıcıda 

Nikahın pozulması haqqında şəhadətnamənin surəti 
- Kağız daşıyıcıda 

Ərizə 
- Kağız daşıyıcıda 

 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

·         Xidmət istifadəçisi qeyd olunan sənədləri əlavə edərək ərizə ilə İcra Hakimiyyətinə müraciət edir. 
Uşaqları övladlığa götürməyi arzu edən şəxsin (şəxslərin) uçota götürülmək üçün təqdim etdikləri məlumatlar bir il müddətində etibarlıdır. Qəyyumluq və himayə orqanı övladlığa götürmənin uşağın mənafeyinə uyğun olmasını öyrənmək məqsədi ilə uşaqları övladlığa götürməyi arzu edən şəxsdən (şəxslərdən) digər sənədləri və məlumatları tələb edə bilər.
Qəyyumluq və Himayə Orqanı sənədlərin tamlığını yoxladıqdan sonra uşaqları övladlığa götürməyi arzu edən şəxsin (şəxslərin) adını uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot kitabına salmaqla uçota götürür.

 

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

·         - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

 

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

·         Yoxdur

 

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

·         Yoxdur

 

Xidmətin elektronlaşma səviyyəsi :

·         Elektronlaşdırılmayıb

 

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

·         Avtomatlaşdırılmayıb

  Şəki Şəhər İcra Hakimiyyəti

 

Ünvan:

 

Az 5500 20 Yanvar küçəsi, 8

 

Telefon:

 

(024) 244-33-23

 

Faks:

 

(024) 244-39-94

 

E-poçt:

 

mail@sheki-ih.gov.az

 

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

 

sheki-ih.gov.az

VÖEN:

3000072051

 

Ödəmə rekvizitləri:

 

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

 

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

 

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Keçidlər