|
Xidmətin məzmunu :
|
|
· Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən icazənin verilməsi
|
|
Xidmətin aid olduğu təsnifat :
|
|
· Şəhərsalma, arxitektura və tikinti
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
|
|
· İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsi
|
|
Xidmətin hüquqi əsası :
|
|
· - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nin 74.1-ci və 75.1-ci maddəsinin 1-ci cümləsi;
- ""Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 №-li Fərmanının 4.7.-ci bəndi;
- Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.11.11.5 və 4.11.12-ci yarımbəndləri.
|
|
Xidmətin həyata keçirilmə formaları :
|
|
· Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
|
|
· Poçt xidməti vasitəsilə məlumatlandırma
|
|
Xidmətin həyata keçirilməsinin nəticəsi :
|
|
· İcra Hakimiyyəti Başçısının tikintiyi icazə verilməsi barədə sərəncamı
|
|
Xidmət istifadəçisi barədə məlumat :
|
|
o Dövlət orqanları
o Fiziki şəxslər
o Hüquqi şəxslər
o Yerli özünüidarəetmə orqanları
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
|
|
Müddət (Məbləğ) :
|
3 ay
|
|
Ödəniş :
|
Xidmət ödənişsiz həyata keçirilir
|
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
|
|
Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)
|
|
Xidmətin göstərilmə yeri :
|
|
· Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası
|
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
|
|
· - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.3-cü maddəsinə görə Bu Məcəllənin 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulanlar istisna olmaqla, digər tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir: - Tikilməsi nəzərdə tutulan obyekt baş plana zidd olarsa; - Tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olarsa; - Tikilməsi nəzərdə tutulan obyekt infrastrukturun yaradılması, təhlükəsizliyin və ya sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb edərsə; - Tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları, yaxud landşaftın təbii xüsusiyyətlərini pozarsa; - Tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatı və ya təbiət hadisələrindən (daşqından) qorunmaya təhlükə yaradarsa. - Sənədlər qanunvericiliyə uyğun təqdim edilmədikdə, sənədlərdə çatışmazlıqlar aşkar edildikdə.
|
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
|
|
Tələb olunan sənədin adı - Tələb olunan sənədin təqdimedilmə forması
|
|
Tikinti layihəsi - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
RİH Başçısı adına ərizə - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədin surəti - Poçt vasitəsi ilə və ya şəxsən
|
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
|
|
· - Sifarişçi tikintiyə icazə almaq üçün İcra Hakimiyyətinə ərizə ilə müraciət edir. Ərizəyə müvafiq sənədləri əlavə edir. - Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə əsasən yoxlanılır. - İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 75.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, Memarlıq və tikinti şöbəsi onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. - Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, İcra Hakimiyyəti tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya 1 ay müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, Rayon İcra Hakimiyyəti iradların olmaması prezumpsiyasından çıxış edir. - Sənədlərin tamlığı təmin edildikdən sonra İcra Hakimiyyəti tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir. - İcra Hakimiyyəti tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla 3 ay ərzində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədi ilə tikintiyə icazədə siyahısı və tətbiqi halları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtlər də nəzərdə tutulur. - Tikintiyə icazə verildiyi halda, bu barədə qərarın surəti və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan ərizəçiyə eyni vaxtda təqdim olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda, xüsusi nişan həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə təqdim olunur. - Tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur.
|
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
|
|
· - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər. - Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətinə baxılır.
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
|
|
· Yoxdur
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
|
|
· Yoxdur
|
|
Xidmətin elektronlaşma səviyyəsi :
|
|
· Elektronlaşdırılmayıb
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
|
|
· Avtomatlaşdırılmayıb
|