Şriftin ölçüsü :

Saytın rəngi :

Xidmətlər

Tikinti layihələrinin təsdiqi və qeydiyyata alınması

Xidmətin məzmunu :

·         Tikinti layihələrinin təsdiqi və qeydiyyata alınması

 

Xidmətin aid olduğu təsnifat :

·         Şəhərsalma, arxitektura və tikinti

 

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

·         İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsi

 

Xidmətin hüquqi əsası :

·         - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsi;

- ""Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 №-li Fərmanının 4.7-ci bəndi;

- "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 6-cı abzası;

- ""Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli 721 №-li Fərmanının 2-ci bəndinin 2-ci abzası;

- Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə" nin 4.11.11.1-4.11.11.3-ci yarımbəndləri;

- Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli 7 №-li qərarı ilə təsdiq edilmiş "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları"nın 3.1-3.6-ci bəndləri.

 

Xidmətin həyata keçirilmə formaları :

·         Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

 

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

·         Poçt xidməti vasitəsilə məlumatlandırma

 

Xidmətin həyata keçirilməsinin nəticəsi :

·         Tikinti layihəsinin təsdiqi

 

Xidmət istifadəçisi barədə məlumat :

o    Dövlət orqanları

o    Fiziki şəxslər

o    Hüquqi şəxslər

o    Yerli özünüidarəetmə orqanları

 

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

30 təqvim günü

Ödəniş :

60 manat

Ödənişin hüquqi əsası :

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 31.1.1.-ci maddəsi

 

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Xidmətin göstərilmə yeri :

·         Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası

 

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

·         - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1.-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan yaşayış evlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər.
- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2.ic maddəsinə görə tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir:
- Yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır;
- Sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir;
- İstismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır;
- Səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir;
- İstilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır;
- Enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır;
- Əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin tikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri).
- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.4.-ci maddəsinə görə yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır.
- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.5.ci maddəsinə görə mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır.
- Layihə sənədləri Azərbaycan Respublikasının Dövlət Standartı AZSГОСТ21.101-2010 "Tikinti üçün layihə sənədləri sistemi. Layihə və işçi sənədlərinə əsas tələblər " uyğun hazırlanmalıdır.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Tələb olunan sənədin adı 
- Tələb olunan sənədin təqdimedilmə forması 

Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (layihə təsdiq edildikdə təqdim olunur) 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Tikintinin layihəsi 
- Poçt vasitəsi ilə və ya şəxsən 

Tikintiyə icazə barədə qərarın surəti 
- Poçt vasitəsi ilə və ya şəxsən 

 

Ödənilmə üsulları :

·         Bank vasitəsi ilə

 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

·         - İstifadəçi qanunvericiliyə uyğun hazırlanmış tikinti layihəsini İcra Hakimiyyətinə təqdim edir.
- Layihə qanunvericiliyin tələblərinə görə memarlıq və tikinti şöbəsi tərəfindən yoxlanılır, 30 təqvim günü müddətində layihə qeydiyyata alınır və təsdiq olunur.
- Layihə dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edildikdən sonra verilir.

 

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

·         - İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

 

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

·         Yoxdur

 

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

·         Yoxdur

 

Xidmətin elektronlaşma səviyyəsi :

·         Elektronlaşdırılmayıb

 

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

·         Avtomatlaşdırılmayıb

 

Şəki Şəhər İcra Hakimiyyəti

 

Ünvan:place

 

Az 5500 20 Yanvar küçəsi, 8

 

Telefon:

 

(024) 244-33-23

Faks:

(024) 244-39-94

 

E-poçt:

 

mail@sheki-ih.gov.az

 

Rəsmi internet informasiya ehtiyatının ünvanı:

 

sheki-ih.gov.az

 

VÖEN:

 

3000072051

 

Ödəmə rekvizitləri:

 

A 1. Emitent (ödəyən) bank
Adı: Kapital bank Şəki filialı
Kodu: 200703
VÖEN: 9900003611
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.Ü.İ.F.T. BİK: AIIBAZ2X

A 2. Ödəyən müştəri
Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO)
Hesab nömrəsi: AZ03AIIB32051019447000201170
VÖEN: 3000104011

 

İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:

 

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

 

Keçidlər